Premyer Liqa klublarından yay transfer dövrünün dəyişdirilməsinə dəstək

Premyer Liqa klublarından yay transfer dövrünün dəyişdirilməsinə dəstək Futbol üzrə İngiltərə Premyer Liqasında yay transfer dövrünün vaxtı dəyişdirilib.
Futbol
6 Fevral , 2020 17:45
Premyer Liqa klublarından yay transfer dövrünün dəyişdirilməsinə dəstək

Futbol üzrə İngiltərə Premyer Liqasında yay transfer dövrünün vaxtı dəyişdirilib.

"Report"un məlumatına görə, klublar "transfer pəncərəsi"nin əvvəlki tarixlərə qayıtmasını dəstəkləyiblər.

Bu müddəti digər aparıcı Avropa çempionatlarının şərtlərinə uyğunlaşdıracaq. Transfer dönəmi sentyabrın 1-də başa çatacaq.

Premyer Liqada son iki mövsümdə yay "transfer pəncərəsi" I turun açılış oyunundan bir gün əvvəl bağlanırdı.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında "Liverpul" 73 xalla liderdir, ikinci yerdə qərarlaşan "Mançester Siti"nin isə 51 xalı var.  

Son xəbərlər

Orphus sistemi