Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, həftənin ikinci matçında "Keşlə" "Sabah"ı qəbul edib.
"ASCO Arena"da baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. İlk qolu 16-cı dəqiqədə Vüsal İsgəndərli vurub. 90+2-ci dəqiqədə isə Hendrik Ekşteyn qonaqları məğlubiyyətdən xilas edib.
Bu heç-heçədən sonra xalını 12-yə çatdıran "Keşlə" 2-ci sırada qalıb. "Sabah" isə 6 xalla "Qəbələ" ilə son iki pilləni bölüşür.
Qeyd edək ki, həftənin açılış matçında "Qəbələ" evdə "Qarabağ"la heç-heçə edib - 1:1. Tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.