Premyer Liqa: II tura Sumqayıtda start veriləcək

Premyer Liqa: II tura Sumqayıtda start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Futbol
24 Avqust , 2019 07:25
Premyer Liqa: II tura Sumqayıtda start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

"Report"un məlumatına görə, 3 günü əhatə edəcək həftənin açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Hər iki kollektiv çempionatın ilk turunda qələbə qazanıb. Ayxan Abbasovun baş məşqçilik etdiyi "Gənclik şəhəri" təmsilçisi səfərdə "Qəbələ"dən üstün olub - 2:0. "Səbail" isə evdə "Zirə"ni 1 cavabsız qolla məğlub edib.

Komandalar bu vaxta qədər Premyer Liqada 8 dəfə üz-üzə gəliblər və hərəyə 3 qələbəyə seviniblər. Qələbələrin sayında olduğu kimi topların nisbəti də bərabərdir - 6:6. "Səbail" Aftandil Hacıyevin rəhbərliyi altında son iki görüşdə "Sumqayıt"a uduzmayıb. 

Qeyd edək ki, II turun "Sabah" - "Keşlə" və "Qarabağ" - "Qəbələ" oyunları avqustun 25-də, "Zirə" - "Neftçi" dueli isə avqustunda 26-da olacaq.

24 avqust (şənbə)

19:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sumqayıt, “Kapital Bank Arena”

Son xəbərlər

Orphus sistemi