Premyer Liqa: İlk turun rəmzi komandası açıqlanıb

Premyer Liqa: İlk turun rəmzi komandası açıqlanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun rəmzi komandası müəyyənləşib.
Futbol
26 Avqust , 2019 14:37
Premyer Liqa: İlk turun rəmzi komandası açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun rəmzi komandası müəyyənləşib. 

"Report"un məlumatına görə, "11-liy"ə "Qarabağ" və "Sumqayıt"ın 4, "Səbail"in 2, "Neftçi"nin isə bir futbolçusu düşə bilib. 

Həftənin oyunçusu isə "Qarabağ"ın gənc yarımmüdafiəçisi İsmayıl İbrahimli seçilib. 

Qapıçı: Mehdi Cənnətov-256 (“Sumqayıt”)

Müdafiəçilər: Faysal Rerras-269 (“Qarabağ”), Eriko Da Silva-271 (“Səbail”), Elvin Bədəlov-271 (“Sumqayıt”), Abbas Hüseynov-251 (“Qarabağ”)

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli-312 (“Qarabağ”), Fəhmin Muradbəyli-299 (“Səbail”), Soni Mustivar-303 (“Neftçi), Sərtan Taşqın-280 (“Sumqayıt”)

Hücumçular: Maqaye Qeye-229 (“Qarabağ”), Mehdi Şərifi-283 (“Sumqayıt”)

Qeyd edək ki, həftənin rəmzi komandası “InStat”ın təhlilinə əsasən bəlli olur. Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksidir.

Son xəbərlər

Orphus sistemi