Portuqaliyanın daha bir futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Portuqaliyanın daha bir futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq Portuqaliya millisinin daha bir futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarını buraxacaq.
Futbol
288
1 Sentyabr , 2021 09:24
Portuqaliyanın daha bir futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Portuqaliya millisinin daha bir futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarını buraxacaq.

"Report"un məlumatına görə, "Sportinq" klubundan yığmasya cəlb olunan Pedru Qonsalveş heyətdən çıxarılıb.

23 yaşlı yarımmüdafiəçi millinin məşqində zədələnib. Onun yerinə komandaya İngiltərə "Vulverhempton"undan Fransişku Trinkan çağırılıb.

Portuqaliya seçməsində daha əvvəl Qonsalu İnasio və Rikardu Pereyra eyni səbəbdən heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi, 3 gün sonra Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək. Komanda sentyabrın 7-də isə Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi