Portuqaliyalı futbolçu 20 yaşında xərçəngdən vəfat edib

Portuqaliyalı futbolçu 20 yaşında xərçəngdən vəfat edib Futbolçuda onkoloji xəstəlik 2016-cı ilin noyabrında aşkar olunub
Futbol
24 Dekabr , 2017 19:16
Portuqaliyalı futbolçu 20 yaşında xərçəngdən vəfat edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Portuqaliyanın "Boavişta" klubunun hücumçusu Edu Ferreyra 20 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə komandanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Futbolçuda onkoloji xəstəlik 2016-cı ilin noyabrında, Ferreyra "Boavişta" ilə müqavilə bağladıqdan bir neçə ay sonra aşkar olunub. O, ölkənin əsas liqasında oynayan klubda bir oyun belə keçirməyib.

Son xəbərlər

Orphus sistemi