Portuqaliya yığması Ronaldunu "tarixdə ən yaxşı" adlandırıb

Portuqaliya yığması Ronaldunu "tarixdə ən yaxşı" adlandırıb Futbol üzrə Portuqaliya yığmasının mətbuat xidməti komandanın kapitanı Kriştianu Ronaldunun FİFA tərəfindən İlin ən yaxşı oyunçusu mükafatı almamasına reaksiya verərək, hücumçunu tarixdə ən yaxşı adlandırıb.
Futbol
24 Sentyabr , 2019 07:39
Portuqaliya yığması Ronaldunu tarixdə ən yaxşı adlandırıb

Futbol üzrə Portuqaliya yığmasının mətbuat xidməti komandanın kapitanı Kriştianu Ronaldunun FİFA tərəfindən "İlin ən yaxşı oyunçusu" mükafatı almamasına reaksiya verərək, hücumçunu "tarixdə ən yaxşı" adlandırıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Tarixdə ən yaxşı!", - deyə Millətlər Liqası çempionlarının "Twitter"dəki paylaşımında bildirilir.

Ronaldu səsvermədə "Barselona"nın hücumçusu Lionel Messiyə və "Liverpul"un müdafiəçisi Virdjil van Deykə uduzaraq üçüncü yeri tutub.

"The Best FIFA Awards-2019" mükafatlarının verilməsi mərasimi dünən İtaliyanın Milan şəhərində keçirilib. 

Son xəbərlər

Orphus sistemi