Portuqaliya millisinin qapıçısı klubu ilə müqaviləsini ləğv edib

Portuqaliya millisinin qapıçısı klubu ilə müqaviləsini ləğv edib Bakı. 1 iyun. REPORT.AZ/ Portuqaliya milli komandasının və Sportinq klubunun qapıçısı Ruy Patrisiu komanda ilə olan müqaviləsini ləğv edib.
Futbol
1 İyun , 2018 17:07
Portuqaliya millisinin qapıçısı klubu ilə müqaviləsini ləğv edib

Bakı. 1 iyun. REPORT.AZ/ Portuqaliya milli komandasının və "Sportinq" klubunun qapıçısı Ruy Patrisiu komanda ilə olan müqaviləsini ləğv edib. 

"Report" "Record"a istinadən xəbər verir ki, buna səbəb klub prezidenti Brunu di Karvalyunun futbolçunun transferinə mane olmasıdır. 

30 yaşlı qolkiper İngiltərənin "Vulverhempton" klubuna keçməli idi. Transfer üçün bütün sənədlər tərtib olunsa da, klub prezidenti son anda bu keçid üçün əlavə 2 milyon avro tələb edib. Bununla əlaqədar Patrisio müqaviləsini təktərəfli olaraq ləğv edib. 

Qeyd edək ki, Ruy Patrisiu Portuqaliya milli komandası ilə dünya çempionatında iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi