Portuqaliya kuboku: Renat Dadaşov komandasını yarımfinala çıxarıb

Portuqaliya kuboku: Renat Dadaşov komandasını yarımfinala çıxarıb Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.
Futbol
13 Yanvar , 2022 01:42
Portuqaliya kuboku: Renat Dadaşov komandasını yarımfinala çıxarıb

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Tondela şəhərinin eyniadlı təmsilçisi 1/4 finalda "Riu Ave"ni minimal hesabla üstələyərək bu uğura nail olub.

Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub. Əsas vaxtı qolsuz başa çatan görüşün 95-ci dəqiqəsində meydana çıxan 23 yaşlı hücumçu cəmi 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.

"Tondela"nın yarımfinaldakı rəqibi "Portimonensi" - "Mafra" cütünün qalibi olacaq.

Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.

Son xəbərlər

Orphus sistemi