Portuqaliya klubunun 4 futbolçusu azarkeşlərin hücumuna görə müqavilələrini ləğv edib

Portuqaliya klubunun 4 futbolçusu azarkeşlərin hücumuna görə müqavilələrini ləğv edib Bakı. 12 iyun. REPORT.AZ/ Portuqaliyanın Sportinq klubunun 4 futbolçusu komandanı tərk edib.
Futbol
12 iyun 2018 09:30
Portuqaliya klubunun 4 futbolçusu azarkeşlərin hücumuna görə müqavilələrini ləğv edib
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubunun 4 futbolçusu komandanı tərk edib. 

"Report"un məlumatına görə, bunlar Jelson Martinş, Bas Dost, Vilyam Karvalyu və Brunu Fernandeşdir. Oyunçular təktərəfli qaydada müqavilələrini pozublar. 

Buna səbəb klub azarkeşlərinin məşq bazasında komandanın futbolçularına və məşqçilər heyətinə hücum etməsidir. Futbolçular bu hadisədə klub rəhbərliyini günahlandırırlar. 

Qeyd edək ki, daha öncə qapıçı Ruy Patrisiu və Daniel Podense də klubla müqavilələrini ləğv edib.  

Son xəbərlər

Orphus sistemi