Portuqaliya klubu tanınmış qapıçı ilə müqaviləni yeniləyib

Portuqaliya klubu tanınmış qapıçı ilə müqaviləni yeniləyib O, bu mövsüm komandası ilə ölkə çempionluğunu qazanıb
Futbol
17 May , 2018 20:42
Portuqaliya klubu tanınmış qapıçı ilə müqaviləni yeniləyib

Bakı. 17 may. REPORT.AZ/ Portuqaliyanın "Portu" klubu qapıçısı İker Kasilyas ilə müqavilənin müddətini daha bir il uzadıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper 2019-cu ilin iyun ayına kimi Portuqaliya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, İker Kasilyas 2015-ci ildən "Portu"nun şərəfini qoruyur. O, bu mövsüm komandası ilə ölkə çempionluğunu qazanıb. 

Son xəbərlər

Orphus sistemi