Portuqaliya futbolunda koronavirusa ilk yoluxma

Portuqaliya futbolunda koronavirusa ilk yoluxma Portuqaliyanın Sportinq klubunun futbolçularından birində koronavirus infeksiyasının əlamətləri aşkarlanıb.
Futbol
25 Aprel , 2020 13:19
Portuqaliya futbolunda koronavirusa ilk yoluxma

Portuqaliyanın "Sportinq" klubunun futbolçularından birində koronavirus infeksiyasının əlamətləri aşkarlanıb.

"Report" Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, adı açıqlanmayan oyunçunun virusa yoluxması komanda üzvləri və əməkdaşlarından analiz götürülməsindən sonra məlum olub.

Bildirilib ki, futbolçunun xəstəlik dövrü simptomsuz keçib. Bu, Portuqaliya futbolunda koronavirusa ilk yoluxmadır.

Qeyd edək ki, son göstəricilərə əsasən, Portuqaliyada koronavirusa 23 000 yoluxma faktı aşkarlanıb. İnfeksiyaya yoluxanların 850 nəfərdən çoxu dünyasını dəyişib. 1 200 nəfər isə sağalaraq evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi