Portuqaliya çempionatında kuryoz qol vuruldu

Portuqaliya çempionatında kuryoz qol vuruldu Futbol üzrə Portuqaliya Sequndasının "Varzim" - "Mafra" matçının ikinci hissəsində kuryoz epizod baş verib.
Futbol
21 Mart , 2021 17:20
Portuqaliya çempionatında kuryoz qol vuruldu

Futbol üzrə Portuqaliya Sequndasının "Varzim" - "Mafra" matçının ikinci hissəsində kuryoz epizod baş verib.

"Report"un məlumatına görə, 53-cü dəqiqədə meydan sahiblərinin qapıçısı Rikardu Nuneş özlərinə aid cərimə meydançasından topu qüvvətli zərbə ilə irəli vurub. Top bütün meydanın üzərindən uçaraq rəqibin cərimə meydançası qarşısında yerə dəyib və "Mafra"nın qapısına daxil olub.

Rkardu vurduğu qola emosional reaksiya verib və sevincini komanda yoldaşları ilə bölüşməyə tələsib.

Qeyd edək ki, 2:0 hesabı ilə qalib gələn "Varzim" xalını 21-ə çatdıraraq, 17-ci pillədə qərarlaşıb. "Mafra" isə 33 xalla 8-cidir.

Son xəbərlər

Orphus sistemi