Portuqaliya çempionatında heç bir matç keçirməyən Kasilyas medal aldı

Portuqaliya çempionatında heç bir matç keçirməyən Kasilyas medal aldı İker Kasilyas Portuqaliya çempionatında qələbəyə görə qızıl medal alıb.
Futbol
22 İyul , 2020 08:44
Portuqaliya çempionatında heç bir matç keçirməyən Kasilyas medal aldı

İker Kasilyas Portuqaliya çempionatında qələbəyə görə qızıl medal alıb.

“Report” xəbər verir ki, mövsümün nəticəsinə görə yarışın qalibi "Portu" komandası olub.

Bu halda başa çatan mövsümdə Kasilyas klub heyətində heç bir matç keçirməyib.

"Biz böyük intensivliklə yaşayırıq. Bəzən biz şeyləri qiymətləndirmirik. Siz ətrafına baxırsınız və sizi nə əhatə etdiyini görmürsünüz. Diqqət edin. Təhlil aparın, əgər istəyirsinizsə.

Məni bu medala təltif edən həmkarlarıma təşəkkür etmək üçün deməyə söz tapmıram. Bu adi jestə oxşayır, amma mənim üçün bu belə deyil", - Kasilyas özünün "Instagram"dakı səhifəsində yazıb.

2019-cu ilin mayında Kasilyas “Portu”nun məşq bazasında infarkt keçirib. O, bundan sonra peşəkar səviyyədə matçlarda iştirak edə bilməyib. Qışda bildirilirdi ki, ispan karyerasını qurtarmaq barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi