"Portu"nun müdafiəçisi millimizlə matçı buraxacaq

"Portu"nun müdafiəçisi millimizlə matçı buraxacaq Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunu öncəsi daha bir itki ilə üzləşib.
Futbol
116
22 Mart , 2021 09:25
Portunun müdafiəçisi millimizlə matçı buraxacaq
Pepe

Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunu öncəsi daha bir itki ilə üzləşib.

"Report"un "A Bola" nəşrinə istinadən məlumatına görə, komandanın aparıcı futbolçusu Pepe zədə səbəbindən martın 24-dəki matçı buraxacaq.

Ölkə çempionatının XXIV turunun "Portimonense" ilə görüşündə (2:1) zədələnən 38 yaşlı müdafiəçi artıq heyətdən çıxarılıb. Onun əvəzinə yığmaya yerli "Sportinq"in oyunçusu Luiş Netu dəvət olunub.

Daha əvvəl İngiltərə "Vulverhempton"unun qapıçısı Ruy Patrisiu eyni səbəbdən millidən kənarlaşdırılıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi