Polşalı müdafiəçi: "Qarabağ"ın belə güclü olduğunu düşünmürdüm"

Polşalı müdafiəçi: "Qarabağ"ın belə güclü olduğunu düşünmürdüm" "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qalib gəldiyi oyunu xatırlayıb.
Futbol
10 Fevral , 2021 21:12
Polşalı müdafiəçi: Qarabağın belə güclü olduğunu düşünmürdüm

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qalib gəldiyi oyunu xatırlayıb.

"Report"un məlumatına görə, hazırda ölkəsinin "Visla" (Plotsk) komandasında çıxış edən polşalı müdafiəçi "weszlo.com" saytına müsahibəsində Azərbaycan çempionunun rəqiblə müqayisədə həddindən artıq güclü olduğunu etiraf edib.

35 yaşlı oyunçu "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa matçın gedişindən təəccübləndiyini bildirib: "Daha bərabər səviyyəli qarşılaşma gözləyirdim. Açığı, qrupdakı nəticələrinə baxanda "Qarabağ"ın bu qədər güclü olduğunu düşünmürdüm. Amma hər şeyi olduğu kimi etiraf etmək lazımdır".

Qeyd edək ki, səfərdə "Legiya"nı məğlub edən "Qarabağ" ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmışdı.

Son xəbərlər

Orphus sistemi