Polşalı futbolçu: "Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacağıq"

Polşalı futbolçu: "Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacağıq" "Artıq avrokuboklarda asan matçlar yoxdur. Ən əsası odur ki, növbəti mərhələyə yüksəldik və hədəfimizə çatdıq. İndi bərpa olunmağa və növbəti matça hazırlaşmağa vaxtımız var". 
Futbol
25 Sentyabr , 2020 09:11
Polşalı futbolçu: Qarabağa qarşı mövsümün ən vacib oyununa çıxacağıq
Pavel Vşolek

"Artıq avrokuboklarda asan matçlar yoxdur. Ən əsası odur ki, növbəti mərhələyə yüksəldik və hədəfimizə çatdıq. İndi bərpa olunmağa və növbəti matça hazırlaşmağa vaxtımız var". 

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" komandasının futbolçusu Pavel Vşolek Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı polşalı yarımmüdafiəçi bir həftə sonra pley-offda "Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacaqlarını bildirib: "Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdədir".

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi