Polşalı futbolçu: "Mahir Emreli qollar vura biləcəyini sübut etdi"

Polşalı futbolçu: "Mahir Emreli qollar vura biləcəyini sübut etdi" "Mahir Emreli özünü pis hiss edə bilərdi, amma onun başı lazım olduğu kimi işləmədi".
Futbol
5 Fevral , 2022 11:42
Polşalı futbolçu: Mahir Emreli qollar vura biləcəyini sübut etdi

"Mahir Emreli özünü pis hiss edə bilərdi, amma onun başı lazım olduğu kimi işləmədi".

"Report" xəbər verir ki, bunu Polşa "Legiya"sının futbolçusu Bartoş Kapustka sabiq komanda yoldaşı haqqında danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi azərbaycanlı hücumçunun mövsümün əvvəlində yaxşı çıxış etdiyini bildirib: "O, macərasının əvvəlində qollar vura biləcəyini sübut etdi. Emrelinin komanda və məşqçilər heyəti ilə ünsiyyəti az idi, onlara qarşı dürüst deyildi. İlin sonunda onunla bağlı başqa məlumatlar aldıq. Qış tətilinə gedəndə vəziyyət dəyişdi. Bundan əlavə, mənim Mahirlə çox əlaqəm olmayıb".

Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə 4,5 illik sözləşmə imzalayıb.

Son xəbərlər

Orphus sistemi