Polşalı baş məşqçi: "Azərbaycanla oyunda erkən qol bizi sakitləşdirəcək"

Polşalı baş məşqçi: "Azərbaycanla oyunda erkən qol bizi sakitləşdirəcək" "Bu rəqibləri artıq bir dəfə məğlub etmişik. Qarşıdakı iki oyundan 6 xal götürmək istəyirik".
Futbol
611
22 Oktyabr , 2020 10:07
Polşalı baş məşqçi: Azərbaycanla oyunda erkən qol bizi sakitləşdirəcək
Miloş Stempinski

"Bu rəqibləri artıq bir dəfə məğlub etmişik. Qarşıdakı iki oyundan 6 xal götürmək istəyirik".

"Report"un məlumatına görə, bu fikirləri "sport.tvp.pl" saytına açıqlamasında qadınlardan ibarət Polşa millisinin baş məşqçisi Miloş Stempinski AVRO-2021-in seçmə mərhələsinin D qrupunda Azərbaycan və Moldovaya qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

46 yaşlı polşalı mütəxəssis hər iki görüşdə yaxşı nəticələr qazanacaqlarına inandığını bildirib: "Komandamın sürətindən razıyam. Təxminim budur ki, istifadə edə biləcəyimiz 2-3 qol epizodu yaxalayacağıq. Erkən qol bizi sakitləşdirəcək. Amma bunun üçün xeyli güc sərf etməliyik. 90 dəqiqə vaxtımız var. Düşünürəm ki, hər şey qaydasında olacaq".

Qeyd edək ki, oktyabrın 23-də keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi