Polşa millisinin sabiq qapıçısı: "Qarabağ"la matç asan olmayacaq"

Polşa millisinin sabiq qapıçısı: "Qarabağ"la matç asan olmayacaq" "Azərbaycanın çoxları üçün ekzotik futbol ölkəsi olmasına baxmayaraq, "Qarabağ" daha təcrübəlidir".
Futbol
594
29 Sentyabr , 2020 12:29
Polşa millisinin sabiq qapıçısı: Qarabağla matç asan olmayacaq
Radoslav Maydan

"Azərbaycanın çoxları üçün ekzotik futbol ölkəsi olmasına baxmayaraq, "Qarabağ" daha təcrübəlidir".

"Report"un məlumatına görə, bunu Polşa millisinin sabiq qapıçısı Radoslav Maydan Avropa Liqasının pley-off mərhələsində "Legiya"nın "Qarabağ"a qarşı keçirəcəyi matç barədə danışarkən deyib. 

48 yaşlı keçmiş qolkiper Ağdam təmsilçisinin böyük büdcəsinin və ciddi sponsorunun olduğunu bildirib: "Bu komanda ilə matç asan olmayacaq. Vacib olan odur ki, "Legiya" evdə oynayır. Ümid edirəm ki, bu onların qələbə qazanmasına köməklik göstərəcək". 

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi