Polşa klubu "Neftçi"yə 70 000 avro ödəyəcək

Polşa klubu "Neftçi"yə 70 000 avro ödəyəcək "Neftçi" ötən mövsümün sonunda komandadan ayrılan futbolçusu Anton Krivotsyuka görə yetişdirmə haqqı alacaq.
Futbol
18 Avqust , 2021 16:03
Polşa klubu Neftçiyə 70 000 avro ödəyəcək

"Neftçi" ötən mövsümün sonunda komandadan ayrılan futbolçusu Anton Krivotsyuka görə yetişdirmə haqqı alacaq.

"Report"un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev klubun rəsmi telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı 23 yaşlı müdafiəçinin transfer olunduğu Polşanın "Visla" (Plotsk) klubu ilə müqavilə imzalanıb: "FIFA qaydalarına görə, "Neftçi"yə yetişdirmə pulu ödənilməlidir. Anton bizə desəydi ki, həmin məbləği almayın, qarşımda hər hansı sədd olmasın, biz razılaşacaqdıq. Amma o, klubundan tələb etdi ki, mənə görə "Neftçi"yə yetişdirmə haqqı ödəyin. Artıq müqavilə bağlanılıb, bizə 70 000 avro ödəniləcək".

Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sı ilə 3+1 illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi