Polislər Maradonanın psixiatrının evində axtarış aparır

Polislər Maradonanın psixiatrının evində axtarış aparır Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı istintaq işi davam edir.
Futbol
1 Dekabr , 2020 21:01
Polislər Maradonanın psixiatrının evində axtarış aparır
Dieqo Maradona

Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı istintaq işi davam edir.

"Report" TN telekanalına istinadən xəbər verir ki, polislər veteran hücumçunun psixiatrı olan Aqustin Kosaçovun Buenos-Ayresdəki evində və klinikasında axtarış aparır.

Son aylarda Maradona ilə işləmiş həkim mərhum oyunçunun ölüm xəbəri açıqlanarkən evində olub.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib. Prokurorluq hazırda onun ölümünün səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi