Polis Ronaldunun mencerinin ofisində axtarış apardı

Polis Ronaldunun mencerinin ofisində axtarış apardı Portuqaliya polisi İtaliya Yuventusunun futbolçusu Kriştianu Ronaldunun meneceri Jorje Mendeşin ofisində axtarış aparıb.
Futbol
5 mart 2020 08:22
Polis Ronaldunun mencerinin ofisində axtarış apardı

Portuqaliya polisi İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun meneceri Jorje Mendeşin ofisində axtarış aparıb.

"Report" "NBC Sports"a istinadən xəbər verir ki, Mendeş vergidən yayınmaqda şübhəli bilinir. Hüquq-mühafizə orqanları Portuqaliyanın "Portu", "Benfika" və "Sportinq" klublarının da ofislərində axtarış həyata keçirib. Ümumilikdə 76 axtarış aparılıb, prosesdə 180-dən çox polis əməkdaşı və 101 vergi müfəttişi iştirak edib.

Polis axtarış zamanı 2015-ci ildən həyata keçirilən pul köçürmələri və digər əməliyyatları əhatə edən sənədləri götürüb. Polis sənədləri həm kağız, həm də elektron formada müsadirə edib.

Axtarışların digər təfərrüatları açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi