Bakı. 12 dekabr. REPORT.AZ/ Fransa polisi PSJ futbol klubunun ofisində axtarış aparıb.
"Report" goal.com saytına istinadən xəbər verir ki, buna Paris təmsilçisinin futbol akademiyasında irqçi ayrı-seçkiliklə bağlı yayılan iddialar səbəb olub.
Yerli prokurorluq noyabrın 16-da bu iş üzrə araşdırmaya başlayıb.
Qeyd edək ki, PSJ daha öncə klubun skaut şöbəsinin akademiyaya namizədləri etnik mənsubiyyətinə görə seçildiyini etiraf edib. Fransa qanunları namizədlərin seçimində bu cür məlumatlardan istifadəni qadağan edir.