Polis məşhur klubun futbolçusunun evinə girdi

Polis məşhur klubun futbolçusunun evinə girdi Polis Almaniyanın "Hamburq" klubunun futbolçusu Bakeri Cattanın evinə basqın edib.&
Futbol
653
2 İyul , 2020 17:08
Polis məşhur klubun futbolçusunun evinə girdi
Bakeri Catta

Almaniya polisi "Hamburq" klubunun futbolçusu Bakeri Cattanın evinə girib. 

"Report" "Bild"ə istinadən xəbər verir ki, 22 yaşlı qambiyalı yarımmüdafiəçi yaşayış icazəsi üçün saxta sənədlər təqdim etməkdə şübhəli bilinir. 

2019-cu ilin istintaqında "Bild" Cattanın şəxsiyyətini şübhə altına alıb. Onun noyabrda 25 yaşı tamam olan Bakari Daffe olduğu irəli sürülüb. Hamburq polisi sentyabrda etibarlı məlumatın olmaması səbəbindən məsələ ilə əlaqədar istintaqı başa çatdırıb. Nəşr həmin ay Cattanın 2015-ci ildə Bremenə gələrkən özünü Daffe kimi tanıtdığını bildirib. Bremen polisi məsələ ilə bağlı araşdırma başladıb, lakin sonradan istintaq bağlanıb. 

Qeyd edək ki, Bakeri Catta 2016-cı ildən "Hamburq"un futbolçusudur. O, Qambiyada valideynsiz böyüdüyünü və 2015-ci ildə qaçqın böhranı zamanı Almaniyaya gəldiyini söyləyib. Yarımmüdafiəçi bu mövsüm II Bundesliqada 31 oyun keçirib və 4 qol vurub. 

Son xəbərlər

Orphus sistemi