Pol Poqba koronavirusa yoluxdu

Pol Poqba koronavirusa yoluxdu Fransa millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbada koronavirus aşkarlanıb.
Futbol
420
27 Avqust , 2020 16:24
Pol Poqba koronavirusa yoluxdu
Pol Poqba

Fransa millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbada koronavirus aşkarlanıb. 

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Fransa yığmasının baş məşqçisi Didye Deşam məlumat verib.

27 yaşlı yarımmüdafiəçinin testi müsbət çıxıb.  

Qeyd edək ki, Pol Poqba Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. O, 2019/2020 mövsümündə "Mançester Yunayted"də uzun müdddət zədəli olduğu üçün 15 oyun keçirə bilib. Yarımmüdafiəçi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Fransa Millətlər Liqasında sentyabrın 5-də səfərdə İsveç millisi ilə üz-üzə gələcək. Komanda üç gün sonra Xorvatiyanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi