Pol Le Quen: “Azərbaycan yığmasının futbolçusu yaxşı oyunçularımızdan biridir”

Pol Le Quen: “Azərbaycan yığmasının futbolçusu yaxşı oyunçularımızdan biridir” “Deniz Yılmazın heyətə qayıtması tamamilə mənim qərarımdır”
Futbol
24 İyul , 2017 11:47
Pol Le Quen: “Azərbaycan yığmasının futbolçusu yaxşı oyunçularımızdan biridir”

Bakı. 24 iyul. REPORT.AZ/ “Deniz Yılmazın heyətə qayıtması tamamilə mənim qərarımdır. Onunla klub arasındakı münasibət dalana dirənmişdi. Ancaq biz dialoq qurduq. O da məsələyə müsbət yanaşdı və hazırda heyətdədir”.

“Report”un məlumatına görə, bunu Olay TV-yə qonaq olan Türkiyənin “Buraspor” komandasının baş məşqçisi Pol Le Quen Azərbaycan yığmasının futbolçusu Deniz Yılmazın heyətə qaytarılmasını şərh edərkən deyib.

Fransalı mütəxəssis 29 yaşlı hücumçunun Bursa təmsilçisinin ən yaxşı oyunçularından biri olduğunu söyləyib: “Nə qərar veririksə, bunu “Bursaspor”un xeyri üçün edirik. Lazım gələrsə, azarkeşlərimizlə danışıb, bu qərarları niyə verdiyimizi açıqlaya bilərəm. Yaxşı nəticələr əldə etmək üçün yaxşı oyunçulara ehtiyac var. Dəniz Yılmazın da bizim ən yaxşı oyunçularımızdan biri olduğunu düşünürəm”.

Qeyd edək ki, Deniz Yılmaz son mövsümün gedişində "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. O, əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırılıb. Komandanın yeni baş məşqçisi Pol Le Quen bir müddət əvvəl onu əsas heyətə qaytarıb.

Son xəbərlər

Orphus sistemi