Pietro Gedin: "Qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq"

Pietro Gedin: "Qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq" Azərbaycan millisi Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində sabah Ta Qalidə yerli komandanın qonağı olacaq
Futbol
5 Sentyabr , 2015 20:58
Pietro Gedin: Qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq

Malta. Ta Qali. 5 sentyabr. REPORT.AZ/ "Azərbaycan yığması son aylarda çox inkişaf edib. Bu da o deməkdi ki, sabah işimiz çox çətin olacaq". "Report"un Maltaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib.

Azərbaycan millisi Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində sabah Ta Qalidə yerli komandanın qonağı olacaq.
Ev sahiblərinin çalışdırıcısı qarşılaşma öncəsi oyun haqda fikirlərini bölüşüb: "Rəqibimiz iki gün əvvəl Xorvatiya kimi komanda ilə heç-heçə etdi. Həmçinin bundan öncə Norveçlə bərabərliyi də qeyd etməliyəm. Ancaq biz sabah Azərbaycandan yaxşı oyun göstərməyə çalışacağıq. Bir neçə gün öncə İtaliyaya qarşı zəif çıxış etməmişdik. İtalyanların dünyanın ən güclü komandalarından olduğunu da unutmayaq. Əlimizdən gələni etdik, lakin rəqib 1 qol vuraraq qələbə qazandı. Azərbaycanla görüşdə də qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, Malta – Azərbaycan oyunu sabah Ta Qalidə keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi