PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb qarşılaşma iyulun 20-də gerçəkləşəcək
Futbol
7 iyul 2023 10:16
PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada “Zimbru” və San-Marinonun “La Fiorita” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 20-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi