PFL prezidenti seçkisinin vaxtı açıqlandı

PFL prezidenti seçkisinin vaxtı açıqlandı Sentyabrın 14-də AFFA-nın inzibati binasında gerçəkləşəcək seçki saat 12:00-da başlanacaq
Futbol
349
11 Sentyabr , 2020 17:12
PFL prezidenti seçkisinin vaxtı açıqlandı

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 14-də AFFA-nın inzibati binasında gerçəkləşəcək seçki saat 12:00-da başlanacaq.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti R.Musayev vahid namizəddir.

Son xəbərlər

Orphus sistemi