Peyman Babayi: "Azərbaycan futbolu "Qarabağ"la tanınır"

Peyman Babayi: "Azərbaycan futbolu "Qarabağ"la tanınır" Qarabağın zəif yerləri üzərində yaxşı işləmişdik. İlk yarıda qapımızı toxunulmaz saxlamaq istəyirdik. Fasilədən sonra qol imkanlarımızın olacağını bilirdik.
Futbol
22 Noyabr , 2019 23:14
Peyman Babayi: Azərbaycan futbolu Qarabağla tanınır

"Qarabağ"ın zəif yerləri üzərində yaxşı işləmişdik. İlk yarıda qapımızı toxunulmaz saxlamaq istəyirdik. Fasilədən sonra qol imkanlarımızın olacağını bilirdik".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi Premyer Liqanın XII turunda evdə "Qarabağ" üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.

Vurduğu 2 qolla komandasına qələbə gətirən iranlı forvard çox sevincli olduğunu söyləyib: "Qarabağ" cari çempionatda ilk məğlubiyyətini yaşatdıq. Gələn həftə "Keşlə" ilə qarşılaşırıq. Həmin matça da yaxşı hazırlaşmağa çalışacağıq. "Qarabağ"ın yaxşı futbolçuları var. Baş məşqçimiz Axyan Abbasova təşəkkür edirəm. Bu cür qol epizodlarını mənimlə işləyib. "Zirə" ilə görüşdə də istifadə edə bilmədiyim 3-4 epizodum olmuşdu. Qol vurduğum üçün sevinirəm".

Qol sevincini "Kapital Bank Arean"da olan valideynləri ilə bölüşən Babayi onların iık dəfədir stadiona gəldiklərini bildirib: "Qollarımı onlara həsr edirəm. Azərbaycan futbolu "Qarabağ"la tanınır. Qapıçının kim olmasının fərqi yoxdur. Bu cür rəqibə qol vurduğuma və komandama kömək etdiyimə görə çox sevinirəm".

Son xəbərlər

Orphus sistemi