Qanalı yarımmüdafiəçi "Səbail"in futbolçusu ilə birlikdə oynamaq istəyir

Qanalı yarımmüdafiəçi "Səbail"in futbolçusu ilə birlikdə oynamaq istəyir Rusiyanın Ural klubunun futbolçusu Petrus Bumal hazırda Səbaildə çıxış edən Maykl Essyenlə birlikdə oynamaq istədiyini söyləyib.
Futbol
28 May , 2020 11:52
Qanalı yarımmüdafiəçi Səbailin futbolçusu ilə birlikdə oynamaq istəyir

Rusiyanın "Ural" klubunun futbolçusu Petrus Bumal hazırda "Səbail"də çıxış edən Maykl Essyenlə birlikdə oynamaq istədiyini söyləyib. 

"Report" xəbər verir ki, xarici mətbuata açıqlama verən 27 yaşlı qanalı yarımmüdafiəçi İngiltərənin "Çelsi" klubunun sabiq üzvləri Klod Makelele və Maykl Essyeni çox bəyəndiyini deyib. 

Bumal onların oyun tərzlərini özünə örnək götürdüyünü sözlərinə əlavə edib: "Essyen ilə Makelele hücumçular və müdafiəçilər arasında tarazlığı qoruyurdular. Orada oynadıqları üçün "Çelsi"ni də çox sevirdim". 

Qeyd edək ki, 2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi