Peşəkar Futbol Liqasında yeni vəzifə təsis olunub

Peşəkar Futbol Liqasında yeni vəzifə təsis olunub Peşəkar Futbol Liqasında struktur dəyişikliyi edilib. Belə ki, PFL-də yeni vitse-prezident postu yaradılıb. Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti t
Futbol
12 Avqust , 2022 16:37
Peşəkar Futbol Liqasında yeni vəzifə təsis olunub

Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib.

"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qurumda yeni vitse-prezident postu yaradılıb.

Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, PFL-də çalışan Aslan Şahgəldiyev vitse-prezident təyin olunub.

Qeyd edək ki, Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilədək “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. Şahgəldiyev 2009-cu ildən bu günədək Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.

Son xəbərlər

Orphus sistemi