Peşəkar Futbol Liqası "Zaqatala" klubunun futbolçusunu mükafatlandırıb

Peşəkar Futbol Liqası "Zaqatala" klubunun futbolçusunu mükafatlandırıb Mükafatlandırma mərasimi Zaqatalada baş tutub
Futbol
18 Noyabr , 2016 17:54
Peşəkar Futbol Liqası Zaqatala klubunun futbolçusunu mükafatlandırıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Peşəkar Futbol Liqasının layihəsi olan "I Divizionda ayın ən yaxşı qolu" nominasiyasında ikinci qalib mükafatlandırılıb. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Zaqatala"nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçilib.

Beş yüz manat pul mükafatını və xüsusi hədiyyəni bu gün keçirilən "Zaqatala" - "Ağsu" oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.

Son xəbərlər

Orphus sistemi