Peşəkar Futbol Liqası qalibləri təntənəli şəkildə mükafatlandıracaq

Peşəkar Futbol Liqası qalibləri təntənəli şəkildə mükafatlandıracaq Azərbaycan Premyer Liqasının və I Divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.
Futbol
7 May , 2019 12:04
Peşəkar Futbol Liqası qalibləri təntənəli şəkildə mükafatlandıracaq

Azərbaycan Premyer Liqasının və I Divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq. 

Azərbaycan Premyer Liqasında sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da reallaşacaq.

I Divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşlərindən sonra məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. 

Eyni zamanda, həmin gün I Divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi