Pərviz Abdullayev İstanbulda döyüşəcək

Pərviz Abdullayev İstanbulda döyüşəcək Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək
Futbol
23 İyun , 2021 12:24
Pərviz Abdullayev İstanbulda döyüşəcək

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.

"Report" xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Akın döyüş arenası” turnirində qüvvəsini sınayacaq.

Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq.

Qeyd edək ki, bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.

Son xəbərlər

Orphus sistemi