Tanınmış futbolçunun yeni klubu müəyyənləşib

Tanınmış futbolçunun yeni klubu müəyyənləşib Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin “Beşiktaş” klubundan ayrılan Pepenin yeni komandası müəyyənləşib.
Futbol
8 Yanvar , 2019 17:02
Tanınmış futbolçunun yeni klubu müəyyənləşib

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin “Beşiktaş” klubundan ayrılan Pepenin yeni komandası müəyyənləşib.

“Report” xəbər verir ki, portuqaliyalı mərkəz müdafiəçisi karyerasını vətənində davam etdirəcək. 34 yaşlı futbolçu “Portu” ilə 2021-ci ilin iyununa qədər müqavilə bağlayıb.

Qeyd edək ki, Portuqaliyada “Maritimu”nun da formasını geyinmiş Pepe 2007-ci ilin yayında 30 milyon avroya “Portu”dan İspaniya “Real Madrid”inə keçib. O, 2017-ci ilin iyulundan “Beşiktaş”ın formasını geyinirdi.

Son xəbərlər

Orphus sistemi