Penitensiar Xidmətin tərbiyə müəssisəsində yoldaşlıq oyunu keçirilib

Penitensiar Xidmətin tərbiyə müəssisəsində yoldaşlıq oyunu keçirilib Məhbuslara diplom və hədiyyələr təqdim edilib
Futbol
24 May , 2016 15:23
Penitensiar Xidmətin tərbiyə müəssisəsində yoldaşlıq oyunu keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində "Məktəbli" komandası ilə tərbiyə müəssisəsinin məhbusları arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. "Report"un məlumatına görə, görüş AFFA və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Oyundan sonra AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib, məhbuslara diplom və hədiyyələr təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi