Penaltini boşa verənlər: Messi 1-ci, Ronaldu 2-cidir

Penaltini boşa verənlər: Messi 1-ci, Ronaldu 2-cidir "Transfermarkt" portalı XXI əsrdə penalti zərbələrini ən çox boşa verən futbolçuların reytinqini açıqlayıb.
Futbol
12 Noyabr , 2020 12:39
Penaltini boşa verənlər: Messi 1-ci, Ronaldu 2-cidir

"Transfermarkt" portalı XXI əsrdə penalti zərbələrini ən çox boşa verən futbolçuların siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, siyahıya İspaniya "Barselona"sının kapitanı Lionel Messi başçılıq edir. Argentinalı hücumçu 11 metrlik cərimə zərbələrinin 27-dən yararlana bilməyib.

İkinci sırada İtaliyanın "Yuventus" klubunun forvardı Kriştianu Ronaldu qərarlaşıb. Portuqaliyalı oyunçu da 27 penaltini qola çevirə bilməyib. Buna baxmayaraq, onda bu nisbət daha aşağıdır.

İlk "3-lüy"ü İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Françesko Totti tamamlayır. Veteran hücumçu 19 dəfə penaltini boşa verib. Onunla eyni göstəriciyə malik İtaliya "Milan"ının forvardı Zlatan İbrahimoviç 4-cü pillədə yer alıb. Digər italiyalı veteran futbolçu Antonio Di Natale isə 5-cidir - 15 qeyri-dəqiq penalti.

Son xəbərlər

Orphus sistemi