Pelenin xəstəxanadan çıxacağı vaxt açıqlanıb

Pelenin xəstəxanadan çıxacağı vaxt açıqlanıb Əfsanəvi futbolçu Pelenin xəstəxanadan buraxılacağı vaxt müəyyənləşib
Futbol
626
9 Dekabr , 2021 09:25
Pelenin xəstəxanadan çıxacağı vaxt açıqlanıb

Əfsanəvi braziliyalı futbolçu Pelenin xəstəxanadan çıxacağı vaxt müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə 81 yaşlı sabiq hücumçunun qızı instaqram hesabında bildirib.

O, atasının fotosunu paylaşaraq onun 2-3 gün sonra evə buraxılacağını açıqlayıb.

Qeyd edək ki, Pele daha əvvəl avqustun 30-da xəstəxanaya yerləşdirilib. Keçmiş forvard sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb. Futbol kralı sonuncu dəfə dekabrın 8-də San-Pauludakı özəl klinikalardan birinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi