Pele xəstəxanadan evə buraxılıb

Pele xəstəxanadan evə buraxılıb Pelenin bağırsaqlarındakı şiş artıq sağalıb və o, müalicəsini davam etdirəcək
Futbol
1 Mart , 2022 09:53
Pele xəstəxanadan evə buraxılıb

Braziliyalı əfsanəvi futbolçu Pele San-Pauludakı xəstəxanadan evə buraxılıb.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, həkimlər 82 yaşlı keçmiş hücumçunun vəziyyətinin stabil olduğunu bildiriblər.

Pelenin bağırsaqlarındakı şiş sağalsa da, o, müalicəsini davam etdirəcək.

2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.

Son xəbərlər

Orphus sistemi