Pele qolların sayı üzrə rekord münasibətilə Ronaldunu təbrik etdi

Pele qolların sayı üzrə rekord münasibətilə Ronaldunu təbrik etdi Əfsanəvi futbolçu Pele karyerası ərzində vurulan qolların sayı üzrə onun rekordunu üstələmiş "Yuventus"un hücumçusu Kriştianu Ronaldunu təbrik edib
Futbol
178
15 Mart , 2021 01:31
Pele qolların sayı üzrə rekord münasibətilə Ronaldunu təbrik etdi
Pele və Kriştianu Ronaldu

Əfsanəvi futbolçu Pele karyerası ərzində vurulan qolların sayı üzrə onun rekordunu üstələmiş "Yuventus"un hücumçusu Kriştianu Ronaldunu təbrik edib.

“Report” xəbər verir ki, əfsanəvi futbolçu bu barədə özünün tvitterdəki səhifəsində yazıb.

"Sənin necə də gözəl karyeran var! Mən sənə çox heyranam və bu heç kimə sirr deyil. Rəsmi matçlarda qollar üzrə mənim rekordumu üstələməyin münasibətilə səni təbrik edirəm. Mən böyük sevgi ilə sənin şərəfinə fotonu paylaşıma əlavə edirəm - dostluğun simvolu kimi, hansı ki, artıq bir çox illərdir mövcuddur", - Pele tvitterdəki səhifəsində yazıb.

Ronaldu keçmiş Çexoslovakiyanın hücumçusu Yozef Bisanın (759 qol), habelə Pelenin (757 qol) nailiyyətlərini üstələyərək karyerasında vurulan qolların sayı üzrə mütləq rekorda imza atıb.

Son xəbərlər

Orphus sistemi