Pele Putinə Ukrayna ilə bağlı müraciət edib

Pele Putinə Ukrayna ilə bağlı müraciət edib Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.
Futbol
2 İyun , 2022 07:47
Pele Putinə Ukrayna ilə bağlı müraciət edib

Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

“Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”, - Pele bildirib.

O, həmçinin qeyd edib ki, bu münaqişə şərdir, əsassızdır və xalqa ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir.

Qeyd edək ki, Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüblər. Rusiya Prezidenti daha sonra Peleni sevimli oyunçularından biri adlandırıb.

Son xəbərlər

Orphus sistemi