Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb

Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb Əfsanəvi futbolçu Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb.
Futbol
611
15 Sentyabr , 2021 00:37
Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb

Əfsanəvi futbolçu Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb.

"Report"un məlumatına görə, bu barədə braziliyalı keçmiş hücumçunun özü sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib. O, yerdəyişmənin bədənindəki şişin götürülməsi üzrə əməliyyatdan sonra gerçəkləşdiyini bildirib.

Pele gündən-günə özünü xoşbəxt hiss etməyə başladığını vurğulayıb: "Mən həyatımın 90 dəqiqəsini uzatma vaxtı ilə oynamağa köklənmişəm. Tezliklə birlikdə olacağıq".

Qeyd edək ki, Pele son zamanlar səhhətindəki bir sıra problemlərlə mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi