Pekin-2022: Orqanizmindən dopinq aşkarlanan idmançı karyerasını başa vurub

Pekin-2022: Orqanizmindən dopinq aşkarlanan idmançı karyerasını başa vurub Pekin-2022 Qış Olimpiya Oyunlarında dopinq aşkarlanan Ukrayna xizəkçisi Valentina Kaminskaya karyerasını başa vurub.
Futbol
17 fevral 2022 10:48
Pekin-2022: Orqanizmindən dopinq aşkarlanan idmançı karyerasını başa vurub

Pekin-2022 Qış Olimpiya Oyunlarında orqanizmindən dopinq aşkarlanan Ukrayna xizəkçisi Valentina Kaminskaya karyerasını başa vurub.

"Report" xəbər verir ki, 35 yaşlı idmançı bu barədə instaqram hesabında bildirib.

Kaminskaya karyerasının qəfil başa çatdığını vurğulayıb: "Böyük ürək ağrısı ilə bu sözləri yazıram. Baş verənlərə inana bilmirəm. Dopinq-testimin nəticəsi mənim üçün fəlakət idi. Qəribə səslənə bilər, amma heç vaxt bu maddələri bilərəkdən qəbul etməzdim. Bu, nəinki qadağandır, həm də hər idmançı üçün axmaqlıqdır. Həyatımın çətin mərhələsində yanımda olan hər kəsə minnətdaram".

Kaminskayanın fevralın 10-da verdiyi-dopinq testdə mesterolon (anabolik steroid) və heptaminol (stimulyant) aşkarlanıb.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi