Patrik Vieyra Fransa klubuna baş məşqçi təyin olunub

Patrik Vieyra Fransa klubuna baş məşqçi təyin olunub Bakı. 11 iyun. REPORT.AZ/ Fransanın Nitsa klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbol
11 İyun , 2018 18:32
Patrik Vieyra Fransa klubuna baş məşqçi təyin olunub

Bakı. 11 iyun. REPORT.AZ/ Fransanın "Nitsa" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, komanda Patrik Vieyraya tapşırılıb. 42 yaşlı mütəxəssis bu postda Lüsyen Favrı əvəzləyib. O, son olaraq ABŞ-ın "Nyu York Siti" klubunda çalışıb. 

Qeyd edək ki, Patrik Vieyra futbolçu karyerası ərzində - 1997-2009-cu illlərdə Fransa milli komandasının formasını geyinib. O həmçinin İtaliyanın "Milan", "İnter", "Yuventus", İngiltərənin "Arsenal" və "Mançester Siti" klublarında oynayıb.  

Son xəbərlər

Orphus sistemi