Patrik Rahmen: "Qarabağ" üzərində qələbəni uzun müddət qeyd edə bilmərik"

Patrik Rahmen: "Qarabağ" üzərində qələbəni uzun müddət qeyd edə bilmərik" "Əlbəttə, bizim üçün vacib oyun idi. Amma bu qələbəni uzun müddət qeyd edə bilmərik. Artıq qarşıdakı oyunlara köklənməliyik".
Futbol
12 Dekabr , 2021 10:26
Patrik Rahmen: Qarabağ üzərində qələbəni uzun müddət qeyd edə bilmərik

"Əlbəttə, bizim üçün vacib oyun idi. Amma bu qələbəni uzun müddət qeyd edə bilmərik. Artıq qarşıdakı oyunlara köklənməliyik".

"Report"un məlumatına görə, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen evdə "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Ağdam klubu ilə matçdakı müsbət enerjini çempionat görüşlərinə daşımaq istəyirlər: "Bizi "Servett" və "Yanq Boyz"la oyunlar gözləyir. Hər ikisi kifayət qədər çətin rəqibdir. Son 3 səfər matçında uduzmuşuq. Uğursuz seriyaya son qoymaq istəyirik".

Qeyd edək ki, H qrupunun son turunda "Qarabağ"ı məğlub edən "Bazel" 1/8 finala vəsiqə qazanıb. Ağdam klubu isə pley-offda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi