Patrik Andrade: "Qarabağ"dakı çıxışımın milliyə çağırılmağıma təsiri oldu"

Patrik Andrade: "Qarabağ"dakı çıxışımın milliyə çağırılmağıma təsiri oldu" "Bu komandaya keçəndən sonra yığmaya dəvət aldım"
Futbol
29 Mart , 2021 10:27
Patrik Andrade: Qarabağdakı çıxışımın milliyə çağırılmağıma təsiri oldu
Patrik Andrade

"Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq matçında meydana çıxmışdım. Ancaq Kameruna qarşı ilk dəfə milli formada rəsmi oyun keçirdim".

"Report"un məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi millidəki rəsmi debütündə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib: "Küləkli hava şəraitində keçən qarşılaşma çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq. Yığmaya dəvət almağım məni çox sevindirir".

Andradenin sözlərinə görə, "Qarabağ"da oynamağının milliyə çağırılmasında böyük təsiri olub: "Bu komandaya keçəndən sonra yığmaya dəvət aldım. Ümid edirəm ki, "Qarabağ"da uğurlu çıxışımı davam etdirəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu matçda da müsbət nəticəyə köklənmişik".

Qeyd edək ki, Kabo-Verde Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunu 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi