Avropa Liqası: Pavel Paşayev "Aleksandriya"da ən dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb

Avropa Liqası: Pavel Paşayev "Aleksandriya"da ən dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Futbol
29 Noyabr , 2019 09:33
Avropa Liqası: Pavel Paşayev Aleksandriyada ən dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Report"un məlumatına görə, Ukraynanın "Aleksandriya" klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev komandasının heyətində fərqlənən futbolçuların siyahısında yer alıb.

31 yaşlı müdafiəçi 5 oyundan sonra Ukrayna təmsilçisində ən çox dəqiq ötürmə verən üçüncü oyunçu olub. Paşayevin 196 cəhdindən 144-ü dəqiq alınıb.

Yarımmüdafiəçi Dmitri Qreçişkinin 220 ötürməsindən 170-i, digər müdafiəçi Denis Miroşniçenkonun isə 216 ötürməsindən 158 dəqiq olub.

Qeyd edək ki, V turda evdə Almaniya "Volfsburq"una 0:1 hesabı ilə uduzan "Aleksandriya" növbəti mərhələyə yüksəlmək şansını itirib. 

Son xəbərlər

Orphus sistemi