"Partizani"nin baş məşqçisi: Bəxtimiz gətirsəydi, "Qarabağ"a qalib gələcəkdik

"Partizani"nin baş məşqçisi: Bəxtimiz gətirsəydi, "Qarabağ"a qalib gələcəkdik Oyunumuzdan məmnunam. Komandamız yaxşı çıxış etdi. Çox soyuqqalnlı komanda ilə matçda təhlükəli epizodlar yaratdıq. Hazırlaşdığımız kimi oynadıq.
Futbol
10 İyul , 2019 23:41
Partizaninin baş məşqçisi: Bəxtimiz gətirsəydi, Qarabağa qalib gələcəkdik

"Oyunumuzdan məmnunam. Komandamız yaxşı çıxış etdi. Çox soyuqqalnlı komanda ilə matçda təhlükəli epizodlar yaratdıq. Hazırlaşdığımız kimi oynadıq".

"Report"un məlumatına görə, bunu Albaniya "Partizani"sinin baş məşqçisi Franko Lerda evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib. İtaliyalı mütəxəssis bildirib ki, azacıq bəxtləri gətirsəydi, komandası qalib gələ bilərdi. O, ələ düşən fürsətlərdən yararlana bilmədiklərini əlavə edib.

Lerda iyulun 17-də Bakıda keçiriləcək cavab görüşündə müsbət nəticəyə ümid edəcəklərini vurğulayıb: "Kimə qarşı oynadığımızı yaddan çıxarmamalıyıq. Futbolda hər zaman hər şey daha yaxşı ola bilər".

Qeyd edək ki, cavab görüşü "Dalğa Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi